SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Türkiyə holdinqinin Azərbaycandakı şirkətinin nizamnamə kapitalı 4 milyon manatı ötdü

Türkiyə holdinqinin Azərbaycandakı şirkətinin nizamnamə kapitalı 4 milyon manatı ötdü

"Token Azərbaycan" MMC nizamnamə kapitalını artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 16,2% və ya 600 min manat artıraraq 4 milyon 320 min manata çatdırıb.

Qeyd edək ki, 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Token Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.

Xatırladaq ki, “Token Azərbaycan” MMC Fortune Global 500 siyahısına daxil olan “Koç Holding”in fintex şirkətidir. Şirkət “Odero” markası adı altında çıxış edir, rəhbəri isə Kartal Raşitdir.

Skat.az - Ev və Avtomobil elanları