SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
TƏHLÜKƏLİ TENDENSİYA: Böyük banklarımız getdikcə böyüyür, kiçiklər isə daha da kiçilir

TƏHLÜKƏLİ TENDENSİYA: "Böyük banklarımız getdikcə böyüyür, kiçiklər isə daha da kiçilir"

  • 06 noyabr 2025, 11:07

Azərbaycanda 2 bankın 9 aylıq xalis mənfəəti arasında 163 dəfə fərq var.

Belə ki, bu ilin yanvar-sentyabr aylarında dövlət sektoruna məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 261,3 milyon manat, özəl sektora məxsus "Turan Bank" ASC isə 1,6 milyon manat mənfəət əldə edib. Bəs, bu nə dərəcədə normaldır və təmərküzləşmədən xəbər vermirmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Yurd.Media-ya deyib ki, iki bankın xalis mənfəəti arasında kəskin fərq olması hallarına digər ölkələrdə, o cümlədən ABŞ-də də rast gəlinir:

“Orada da ən böyük banklarla və ən kiçik bankların mənfəəti arasında kəskin fərqlər yaranır. Əlbəttə, böyük aktivlərə, kapitala, dövriyyə vəsaitinə malik olan bankların mənfəəti çox olmalıdır. Necə ki, iri supermarketlər şəbəkəsi ilə adi marketin mənfəəti eyni olmur. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Bank sektorumuzda təmərküzləşmə tendensiyası var. Böyük banklarımız getdikcə böyüyür, kiçik banklarımız isə getdikcə kiçilir. Bu da onunla bağlıdır ki, əmək haqqı və pensiyalar böyük banklar vasitəsilə verilir. Maliyyə Nazirliyi depozit hərracları keçirərkən böyük bankları seçir və dövlət büdcəsinin qalıq vəsaitlərini onlarda yerləşdirir. Bu, böyük bankların mənfəətliliyinə müsbət təsir edir".

Əkrəm Həsənov həmçinin qeyd edib ki, banklar arasında kəskin fərq həm də onların necə idarə olunması ilə bağlıdır:

"Bir neçə il bundan əvvəl də ABB ölkənin ən böyük bankı idi, amma müflis vəziyyətə düşmüşdü. Dövlət ora 5-6 milyard manat pul qoyub onu sağlamlaşdırdı və indi mənfəətlə işləyir”.

Bank məsələləri üzrə ekspert Əkrəm HəsənovBank məsələləri üzrə ekspert Əkrəm Həsənov

Prime Leasing
SPE Annual Caspian