"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,8 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 90,8% çoxdur.
Bu ilin əvvəlinə TCF-in aktivləri ötən ilin əvvəlinə nisbətən 2,2 dəfə az – 7,2 milyon manat, o cümlədən xalis kredit portfeli 3,8 dəfə az – 3,75 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 4,1 milyon manat (3,3 dəfə az), balans kapitalı isə 3,1 milyon manat (35,4% çox), o cümlədən nizamnamə kapitalı 0,45 milyon manat (dəyişməyib) olub.