"Sizin Lombard" əmtəə nişanının sahibi “GL" ASC 6,9 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 69 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazım kütləvi təklif üsulu ilə yerləşdirməsi nəzərdə tutulur.
İstiqrazlar 7 il tədavüldə olacaq.
Onlara illik 15% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir.