“Rabitəbank” ASC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Aydın Əliyev “Rabitəbank”da Süni intellekt və Data Analitika şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, 2025-ci ilin oktyabrından 2026-cı ilin noyabrınadək “Unibank”da Biznes Məlumatlarının Təhlili və Müştəri Dəyərinin İdarə Edilməsi (CVM) departamentinin rəhbəri olub. Bundan əvvəl, 2023-cü ilin oktyabrından 2025-ci ilin oktyabrınadək həmin bankda Biznes Məlumatlarının Təhlili departamentinin rəhbəri vəzifəsini icra edib.
2023-cü ilin martından oktyabrınadək “Bank VTB Azərbaycan”da PL/SQL və BI üzrə proqramçı kimi fəaliyyət göstərib. 2020-ci ilin sentyabrından 2022-ci ilin oktyabrınadək Faydalı qazıntılardan istifadə üzrə Dövlət Agentliyində baş mütəxəssis, 2019-cu ilin fevralından 2020-ci ilin sentyabrınadək “SOCAR-AQS” MMC-də mütəxəssis, 2018-ci ilin martından 2019-cu ilin fevralınadək isə SOCAR-da mütəxəssis vəzifəsində çalışıb.
Aydın Əliyev