SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qarabağ toxum” maliyyə hesabatını gizlədib – CƏRİMƏLƏNDİ

"Qarabağ toxum” maliyyə hesabatını gizlədib – CƏRİMƏLƏNDİ

  • 06 fevral 2026, 15:11

"Qarabağ toxum” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Maliyyə Nazirliyi tərəfindən protokol yazılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınıb.

Buna görə də "Qarabağ toxum”un rəhbərliyi 2025-ci ildə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılıb.

Şirkət 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi (Məcburi auditdən yayınma) ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq inzibati xəta haqqında protokol tərtib edilib.

Şabran Rayon Məhkəməsinin qərarı ilə şirkət 2 min manat cərimə edilib.

Qərardan narazı qalan MMC-nin rəhbərliyi apellyasiya şikayəti verib və iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsini istəsə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, "Qarabağ toxum” fermerlərin yerli taxıl sortlarına tələbatını nəzərə alaraq “Səba" şirkətinin taxılçılıq müəssisəsi kimi yaradılmışdı. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları