"Pasha Pay" MMC nizamnamə kapitalını artırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 4 milyon manat (və ya 4,1%) artıraraq 99,6 milyon manata çatdırıb.
Qeyd edək ki, şirkətin təsisçisi olan “Kapital Bank” 2024-cü ildə "Pasha Pay" MMC-yə 48 milyon 704 min manat investisiya yatırıb. "Pasha Pay" 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub.
Ötən ay Camal Tağıyev şirkətin İcraçı direktoru vəzifəsinə təyin olunub.