SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
“PAŞA Bank”ın xalis mənfəəti 30%-ə qədər kəsildi

“PAŞA Bank”ın xalis mənfəəti 30%-ə qədər kəsildi

  • 16 yanvar 2026, 16:42

"PAŞA Bank" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank ötən il 148,9 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 29,3% azdır.

Bu ilin əvvəlinə "PAŞA Bank"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 14,4% çox - 9 407,3 milyon manat, o cümlədən xalis kredit portfeli 3% çox - 3 333,2 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 8 489,5 milyon manat (16,1% çox), o cümlədən depozit portfeli 7 552,1 milyon manat (17,8% çox), balans kapitalı isə 917,8 milyon manat (1,2% çox), o cümlədən nizamnamə kapitalı 354,5 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları