“Kapital Bank” ASC-nin əsas səhmdarının dəyişməsi gözlənilir.
Yurd.Media xəbər verir ki, Bank bununla bağlı rəsmi mətbuatda elan verib.
Elanda deyilir ki, “Kapital Bank” aprelin 10-da, saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. Yığıncaq Bankın baş ofisində - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında olacaq.
Səhmdarlar “Kapital Bank”ın səhmlərinin onun daxil olduğu "PAŞA Holdinq" MMC-dən holdinqin törəməsi olan "Bir Ekosistem" MMC-yə ötürülməsi məsələsini müzakirə edəcəklər.