Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi 2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası”nda öz əksini tapıb.
Sənəd həmçinin bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsini, biznes model dayanıqlığı və gəlirliliyin idarə edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi, risk idarəetmə çərçivəsinin modernizasiyasını, korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsini hədəfləyir.