Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 311,5 milyon manat, xərcləri isə 4 643,1 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,3% və 13,5% azdır.
Son nəticədə 2 ayda büdcədə 1 668,4 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 21,6% çoxdur.