"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, törəmə bank ötən il 638,45 milyon lirə və yaxud 25,5 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,9% çoxdur.
Bu ilin əvvəlinə "PAŞA Yatırım Bankası"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 14,7% çox - 14 809,4 milyon lirə (592,4 milyon manat), o cümlədən xalis kredit portfeli 23,6% çox – 7 177,95 lirə manat (287,1 milyon manat) təşkil edib.
Törəmə bankın öhdəlikləri 12 419,2 milyon lirə (496,8 milyon manat, 11,5% çox), balans kapitalı isə 2 390,2 milyon lirə (96,5 milyon manat, 34,6% çox), o cümlədən nizamnamə kapitalı 500 milyon lirə (20 milyon manat, dəyişməyib) olub.