SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“PAŞA Bank”ın Türkiyə bazarında mənfəəti 30%-dən çox azalıb

“PAŞA Bank”ın Türkiyə bazarında mənfəəti 30%-dən çox azalıb

  • 06 avqust 2026, 16:08

"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" 2026-cı ilin I yarısını yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, törəmə bank yanvar-iyun aylarında 192 milyon lirə və yaxud 7,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7% azdır.

Bu il iyulun əvvəlinə "PAŞA Yatırım Bankası"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 29% çox – 17 198 milyon lirə (687,9 milyon manat), o cümlədən xalis kredit portfeli 48,9% çox – 9 018 lirə manat (360,7 milyon manat) təşkil edib.

Törəmə bankın öhdəlikləri 14 682 milyon lirə (587,3 milyon manat, 29,9% çox), balans kapitalı isə 2 516 milyon lirə (100,6 milyon manat, 24,1% çox), o cümlədən nizamnamə kapitalı 500 milyon lirə (20 milyon manat, dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları