SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Meta-Kapital, Money Shop və Delta Capital cəzalandırıldı

"Meta-Kapital", "Money Shop" və "Delta Capital" cəzalandırıldı

  • 18 sentyabr 2025, 15:11

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən üç şirkətə - "Meta-Kapital", "Money Shop" və "Delta Capital" MMC-lərə icrası məcburi göstəriş verib. 

Bu barədə Yurd.Media-ya AMB-dən məlumat verilib. 

Bildirilir ki, adıçəkilən şirkətlər "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 7.1-ci bəndinin tələblərini pozaraq 2025-ci ilin avqust ayının sonuna hesabatları təqdim etməyib. Odur ki, "Valyuta tənzimi haqqında" qanunun 13-7.1.2-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. 

Prime Leasing