SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycandakı kredit ittifaqlarının çoxu şübhəli əməliyyatları monitorinq etmir

Azərbaycandakı kredit ittifaqlarının çoxu şübhəli əməliyyatları monitorinq etmir

  • 18 sentyabr 2025, 13:24

Maliyyə Monitorinqi Xidmətinin (MMX) Şübhəli Əməliyyatların Monitorinqi Sistemində (ŞƏMS) cəmi 5 kredit ittifaqı qeydiyyatdan keçib. 

Yurd.Media xəbər verir ki, bu barədə Xidmətin illik hesabatında bildirilir. 

Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış kredit ittifaqlarının sayının 36 olduğunu nəzərə alsaq, kredit ittifaqlarının çoxu şübhəli əməliyyatları monitorinq etmir. 

Bundan başqa, sistemdə 3 valyuta mübadiləsi xidməti göstərən şirkət qeydiyyata alınıb. Halbuki, bu fəaliyyət növü üzrə lisenziyası olan şirkətlərin sayı isə 7-dir. 

Ölkədə lisenziya almış bütün banklar və bank olmayan kredit təşkilatları, həyat sığortası, ödəniş, elektron pul və investisiya şirkətləri şirkətləri, eləcə də AMB-nin lisenziya tələb olunmayan 7 lombard və 17 lizinq təşkilatı ŞƏMS-ə qoşulub. 

Prime Leasing