İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) müvəkkil kredit təşkilatlarının siyahısında ölkədəki 22 bankdan 2-nin adı yoxdur.
Yurd.Media xəbər verir ki, bunlar, İran Milli Bankının Bakı filialı və “Premium Bank” ASC-dir.
Qalan 20 bank isə Fondun xətti ilə sahibkarlara güzəştli kreditlər verir. Onlardan 4-də hazırda limit mövcud deyil. Həmin banklar, “Bank Avrasiya”, “Bank BTB”, “Turan Bank” və “Unibank” ASC-lərdir. Qalan 16 bank isə güzəştli kreditləşməni davam etdirir.
ABİF həmçinin “Aqrarkredit”, “İnternational”, MCB, “Embafinans”, “City Finance”, “Finoko”, “Finex Kredit”, “İdeal Kredit” və “Monetri” bank olmayan kredit təşkilatları (BOKT) ilə əməkdaşlıq edir. Bunlardan da son 4-nün kredit limiti bitib. Qalan 45 BOKT-un adı isə Fondun siyahısında yoxdur.
Dövlət qurumu həmçinin ölkədəki 35 kredit ittifaqından 10-u ilə iş birliyindədir. Bunlar, “Refinance”, “İnci Kredo”, “Aran”, “Elit”, Prins”, “Aşıxlı”, “Sevinc”, “Hindarx”, “Əmanət” və “Aqil” kredit ittifaqlarıdır. Bunlardan isə yalnız “Refinance”da kredit limiti mövcuddur.