SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
“Ekolizinq”in maliyyə göstəriciləri pisləşib

“Ekolizinq”in maliyyə göstəriciləri pisləşib

  • 18 sentyabr 2025, 17:21

“Ekolizinq” MMC 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 42 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,35% azdır.

Bu il iyulun əvvəlinə “Ekolizinq”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 22,8% az – 3,3 milyon manat, o cümlədən lizinq portfeli 47,9% az – 1,15 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 1,2 milyon manat (47% az), balans kapitalı isə 2,1 milyon manat (2,7% çox), o cümlədən nizamnamə kapitalı 10 min manat (dəyişməyib) olub.

Prime Leasing