SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
ARDNF-in büdcədə payı 25%-ə endiriləcək

ARDNF-in büdcədə payı 25%-ə endiriləcək

  • 19 sentyabr 2025, 12:41

Azərbaycan hökuməti 2029-cu ilə qədər Dövlət Neft Fondundan (ARDNF) transfertin dövlət büdcəsi gəlirlərindəki payını 25%-ə endirməyi planlaşdırır.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən məlumat verilib.

Gələn il büdcə gəlirlərinin 38,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bunun 12,8 milyard manatını və yaxud 33,2%-ni ARDNF təmin edəcək. 4 il sonra isə büdcə gəlirlərinin 40,1 milyard manat olacağı gözlənilir. Bunun isə 25,4%-i və yaxud 10,1 milyard manatı Fonddan gələcək.

Prime Leasing