2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarının 22 iştirakçısını cərimə edib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, söhbət 3 bank, 9 bank olmayan kredit təşkilatı, 1 investisiya şirkəti, 3 elekton pul təşkilatı, 4 ödəniş təşkilatı, 1 valyuta mübadiləsi şirkəti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-dən gedir. Onlar İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə əsasən, ümumilikdə 0,65 milyon manat cərimə olunub.
Ötən il kredit ittifaqları və sığorta şirkətləri arasında cərimə ödəyən olmayıb.