Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev pensiyaya çıxıb.
Bu barədə Yurd.Media-ya nazirlikdəki mənbə bildirib.
Məlumata görə, hazırda onun səlahiyyətlərini müavini Gündüz Əliyev icra edir.
O, həmçinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasında keçmiş müdiri əvəz edir.