Bu il yanvarın 1-nə Maliyyə Nazirliyinin dövriyyədə 9 milyard manatlıq istiqrazı olub.
Bu barədə Yurd.Media-ya nazirlikdən bildirilib.
Məlmata görə, bu, ölkənin daxili borcumim təxminən yarısı qədərdir. İstiqrazların cəmi 9,2%-i qısamüddətlidir, yəni 1 illik buraxılıb. 2018-ci ildə "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" qəbul olunduqdan sonra dövlət istiqrazlarının ümumi dəyəri təxminən 8,5 dəfə artıb.