SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Kapital Bank”ın “Bir Kredit BOKT-na daha 2,5 milyon manat pul qoyuldu

“Kapital Bank”ın “Bir Kredit" BOKT-na daha 2,5 milyon manat pul qoyuldu

  • 07 iyul 2026, 09:41

“Kapital Bank” ASC-nin törəmə təşkilatı “Bir Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılaraq 108 milyon manatı ötüb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu ilin ilk rübünün yekunlarına görə nizamnamə kapitalı 105,8 milyon manata çatdırılan BOKT ikinci rübdə də 2,5 milyon manat (və ya 2,4 faiz) artıraraq 108,3 milyon manata çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin əvvəli BOKT-nin nizamnamə kapitalı 99,8 milyon milyon manat idi.

Xatırladaq ki, “Bir Kredit BOKT” MMC 2018-ci ildə “Kapital Bank” ASC tərəfindən təsis edilib və həmin ildə Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib. Onun rəhbəri Tural Məmmədlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları