"Finex Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) dekabrın 27-də, saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Yurd.Media xəbər verir ki, BOKT bununla bağlı rəsmi mətbuatda elan verib. Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Səhmdarlar kredit təşkilatının nizamnamə kapitalının bir qədər də artırılmasını və digər məsələləri müzakirə edəcəklər.
"Finex Kredit" 2013-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 2,472 milyon manatdır. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.