"Express Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 6 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% azdır.
Bu il oktyabrın əvvəlinə "Express Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 12,5% çox - 645,45 milyon manat, o cümlədən kredit portfeli 12,4% çox - 518 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 509,6 milyon manat (16,5% çox), o cümlədən depozit portfeli 296,6 milyon manat (25,4% çox), balans kapitalı isə 135,9 milyon manat (0,3% az), o cümlədən nizamnamə kapitalı 112,55 milyon manat (dəyişməyib) olub.