Respublika üzrə cəlb olunmuş əmanətlər 17 milyard 641 milyon 924 min manat olub.
Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, xəbər verir ki, bunun 12 milyard 401 milyon 288 min manatı milli valyutada cəlb olunmuş əmanətlərin payına düşüb.
Milli valyutada cəlb olunmuş əmanətlərin ən böyük hissəsi Bakı iqtisadi rayonunda qeydə alınıb.
Bu göstərici 10 milyard 456 milyon 880 min manat təşkil edib. Sonrakı yerlərdə 575 milyon 233 min manatla Abşeron-Xızı və 264 milyon 689 min manatla Gəncə-Daşkəsən iqtisadi rayonları qərarlaşıb.
Siyahının son pillələrində isə 107 milyon 796 min manatla Qarabağ və 98 milyon 303 min manatla Naxçıvan iqtisadi rayonları yer alıb.
