"Kapital Bank" ASC 100 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, Bank istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elekton Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 1 000 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. dan gedir. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onlara illik 10% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.