Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı fonunda bu gün Azərbaycanda şəriət qaydalarına uyğun sığortanın tətbiqinə başlanılıb.
Yurd.Media xəbər verir ki, söhbət "Təkafül" adlı sığorta sistemindən gedir:
Sistemin iştirakçıları qarşılıqlı şəkildə bir-birlərinin riskinə təminat verir. İlin əvvəlində ümumi fonda yatırılan sığorta haqları hesabına il ərzində iştirakçılara dəyən zərər ödənilir, ilin sonunda isə artıq qalmış vəsait iştirakçıların arasında bölüşdürülür.
Xatırladaq ki, bu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib:
Şirkətin adı onun islam maliyyəsi üzrə fəaliyyət göstərəcəyindən xəbər verir. Hazırda Azərbaycanda 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir.