"Rabitəbank" Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə yenidən 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə razılaşması imzalayıb.
Yurd.Media xəbər verir ki, bu pulun kiçik və orta sahibkarlıq subyektlərinin ticarət əməliyyatlarının maliyyələşdirilməsinə, bizneslərin dövriyyə kapitalına çıxış imkanlarının genişləndirilməsinə və alternativ maliyyə həllərinin inkişafına dəstək verəcəyi gözlənilir.
"Rabitəbank" İdarə Heyətinin sədri Aydın Hüseynov bildirib ki, rəhbərlik etdiyi Bank İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa 2023-cü ildən başlayıb və həmin il ITFC ilə ilk 10 milyon ABŞ dolları məbləğində saziş imzalanıb.