SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
ABB-nin əməkdaşları Bankda paylarını artırdılar

ABB-nin əməkdaşları Bankda paylarını artırdılar

  • 19 iyun 2026, 08:48

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 1 oktyabr 2024-cü ildən 31 mart 2026-cı ilə qədər səhmlərinin əldə edilməsinə dair bağlanılmış 45 insayder əqdini ictimailəşdirib.

Yurd.Media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.

“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda söhbət ABB-də müxtəlif vəzifələr tutan şəxslərin Bankda paylarını artırmasından gedir.

Məsələn, həmin şəxslərdən biri ABB-nin İdarə Heyətinin sədr müavini Nəbi Əliyevdir. O, 13 500 manat ödəyərək Bankın nominal dəyəri 27 qəpikdən 50 000 ədəd səhmini əldə edib və nəzarətində olan payı 200 000 səhmə çatdırıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları