2025-ci ildə Azərbaycanın maliyyə sektoru dövlət büdcəsinə 175,1 milyon manat dividend ödəyib.
Bu barədə Yurd.Media-yə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,4% çoxdur.
Ötən il dividend ödənişinin hamısı dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin payına düşüb. Bank büdcəyə proqnozdan 16,6% çox dividend ödəyib.
Əvvəlki il 0,5 milyon manat dividend ödəmiş "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı “büdcəyə xeyir verməyi” dayandırıb, "Azər-Türk Bank" ASC isə son 2 ildə dividend ödəməyib.