SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Elektron pul təşkilatına bank kartı üzrə xidmət göstərməyə QADAĞA QOYULDU

Elektron pul təşkilatına bank kartı üzrə xidmət göstərməyə QADAĞA QOYULDU

  • 03 fevral 2026, 14:38

"Azvvallet" elektron pul təşkilatına bank kartı vasitəsi ilə ödənişlərin qəbulu və həyata keçirilməsi üzrə xidmət göstərməsinə qadağa qoyuldu.

Azərbaycan Mərkəzi Bankından (AMB) Yurd.Media-ya bildirilib ki, qurum "Azvvallet" MMC elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

Məlumata görə, göstəriş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 3.1.3 maddəsi üzrə nəzərdə tutulan ekvayrinq xidmətinin dayandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ekvayrinq bank kartı vasitəsi ilə ödənişlərin qəbulu və həyata keçirilməsi üzrə xidmətlər kompleksidir. Bu işi həyata keçirən şirkətlər ticarət müəssisələrində  plastik kart vasitəsi ilə ödənişlərin qəbul edilməsini mümkün edən avadanlıqları quraşdırır, həmçinin dükanın plastik kart vasitəsi ilə həyata keçirilmiş bütün maliyyə əməliyyatları üzərində nəzarət həyata keçirir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları