Azərbaycanda daha bir bank olmayan kredit təşkilatının qanunvericiliyin tələblərini pozduğu aşkarlanıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) Yurd.Media-ya bildirilib ki, qurum "Fintrend" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Məlumatda deyilir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Fintrend"in vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 000 manat cərimələnib.
Qeyd edək ki, "Fintrend" MMC BOKT-un direktoru Qəmbərova Sevinc Azər qızıdır.