Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olaraq fevralın 4-də faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.
Yurd.Media xəbər verir ki, bu, qurumun 2026-cı il ərzində ilk faiz qərarı olacaq.
Qərar açıqlandıqdan bir qədər sonra AMB-nin sədri Taleh Kazımovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, qurum ötən il dekabrın 10-da uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75%-ə, yuxarı həddi isə 8 %-dən 7,75%-ə endirilib.