"Finex Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) martın 6-da, saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Yurd.Media xəbər verir ki, BOKT bununla bağlı rəsmi mətbuatda elan verib.
Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, bina 1 ünvanında olacaq.
Səhmdarlar “Finex Kredit”in nizamnaməsində dəyişiklik edəcək.
Qeyd edək ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,472 milyon manatdır. Səhmləri Xaqan Mirzəyevə (19,4 %), Səadət Mirzəyevaya (16,2 %), Azad Cəbraylova (16,1 %), Səməd Mirzəyevə (14,1 %), Raminə Allahverdiyevaya (14 %), Şəlalə Tağıyevaya (6,1 %), Leyla Salamovaya (5,6 %), Tokay Şıxəlizadəyə (4,6 %), Muradxan Mirzəyevə (3,2 %), Gülnarə Tağıyevaya (0,7 %) məxsusdur.