Yaxın vaxtlarda Azərbaycan banklarının müştəriləri Çinin “UnionPay” ödəniş sisteminin kartlarını əldə edə biləcəklər.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, bu, tənzimləyici qurumla “UnionPay” arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində baş tutub.
Sənədi AMB-nin sədr müavini Vüsal Xəlilov və ödəniş sisteminin sədri Van Lisin imzalayıb.
Memorandum “UnionPay” kartlarının emissiyasını və emalını nəzərdə tutur.

