“Ekolizinq” MMC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 82 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 95% çoxdur.
Bu il iyulun əvvəlinə “Ekolizinq”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 18,2% az – 2,7 milyon manat, o cümlədən lizinq portfeli 33,3% çox – 1,7 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 1 milyon manat (18,5% az), balans kapitalı isə 1,7 milyon manat (18,5% az), o cümlədən nizamnamə kapitalı 10 min manat (dəyişməyib) olub.