"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, İdarə ötən il 1,3 milyon manat xalis mənfəət əldə edib (əvvəlki ili 1,2 milyon manat xalis zərərlə başa vurmuşdu).
Bu ilin əvvəlinə "İçərişəhər"in aktivləri ötən ilin əvvəlinə nisbətən 2,6% çox -197,8 milyon manat təşkil edib.
İdarənin öhdəlikləri 0,6 milyon manat (46,8% az), balans kapitalı isə 197,2 milyon manat (2,8% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.