Azəbaycanda lizinq xidmətləri göstərən “Hermes Finance” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% çoxdur.
Bu il iyulun əvvəlinə “Hermes Finance”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 19% çox – 20,7 milyon manat, o cümlədən lizinq portfeli 11,6% çox - 11,6 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 19,1 milyon manat (16,2% çox), balans kapitalı isə 1,6 milyon manat (69,7% çox), o cümlədən nizamnamə kapitalı 0,9 milyon manat (dəyişməyib) olub.