SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Dövlət bankından 1 milyard manat depozit çıxarılıb

Dövlət bankından 1 milyard manat depozit çıxarılıb

  • 13 oktyabr 2025, 16:53

Dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank 9 ayda 261,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% çoxdur.

Bu il oktyabrın əvvəlinə ABB-nin aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 0,8% az - 13 324,5 milyon manat, o cümlədən kredit portfeli 11% çox – 6 239 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 11 213,5 milyon manat (2,9% az), o cümlədən depozit portfeli 8 627 milyon manat (10,7% və yaxud 1 milyard manat az), balans kapitalı isə 2 111 milyon manat (11,9% çox), o cümlədən nizamnamə kapitalı 1 281,3 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
SPE Annual Caspian