SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
CİB Kapital qiymətli kağızlar bazarında perspektiv görmədi

"CİB Kapital" qiymətli kağızlar bazarında perspektiv görmədi

  • 27 avqust 2026, 12:35

Bu ilin yanvar ayında yaradılmış "Cib Kapital İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını 310 min manat və yaxud 62% azaldaraq 500 min manatdan 190 min manata endirib, eləcə də təşkilati-hüquqi formasını dəyişərək “Cib Kapital” MMC-yə çevrilib.

Yurd.Media xəbər verir ki, kommersiya qurumu bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.

Elandan belə çıxır ki, "CİB Kapital" qiymətli kağızlar bazarında fəaliyyət göstərməkdən, yəni Azərbaycan Mərkəzi Bankından investisiya şirkəti lisenziyası almaqdan imtina edib.

Qeyd edək ki, “CİB Kapital İnvestisiya Şirkəti”nin rəhbəri Gündüz Gözəlovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları