SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Kredit Evi I yarımilin maliyyə hesabatını verib

"Kredit Evi" I yarımilin maliyyə hesabatını verib

  • 27 avqust 2026, 13:47

Azərbaycanda lombard kreditləri verən "Kredit Evi" ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 4,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,8% çoxdur.

Bu il iyulun əvvəlinə “Kredit evi”nin aktivləri ötən il iyulun əvvəlinə nisbətən 34% çox – 66,7 milyon manat, o cümlədən borc portfeli 29% çox – 59,45 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 56,5 milyon manat (30% çox), balans kapitalı isə 10,2 milyon manat (62% çox), o cümlədən nizamnamə kapitalı 0,4 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları