SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“İdeal Kredit” BOKT I yarımilin maliyyə hesabatını verib

“İdeal Kredit” BOKT I yarımilin maliyyə hesabatını verib

  • 27 avqust 2026, 16:37

“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 1,9 milyon manat xalis mənfəət əldə edib. 

Bu il iyulun əvvəlinə “İdeal Kredit”in aktivləri ilin əvvəlinə nisbətən 32,2% çox – 32 milyon manat, o cümlədən kredit portfeli 38,8% çox – 30,5 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 18,8 milyon manat (36,1% çox), balans kapitalı isə 13,2 milyon manat (26,9% çox), o cümlədən nizamnamə kapitalı 0,65 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları