SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“CPM İnvest İnvestisiya Şirkəti” I yarımilin maliyyə hesabatını verib

“CPM İnvest İnvestisiya Şirkəti” I yarımilin maliyyə hesabatını verib

  • 27 avqust 2026, 17:46

“CPM İnvest İnvestisiya Şirkəti” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Maliyyə qurumu yanvar-iyun aylarında 1,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Bu il iyulun əvvəlinə “CPM İnvest”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 5,6 dəfə çox – 14,3 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin öhdəlikləri 12,4 milyon manat (14,1 dəfə çox), balans kapitalı isə 1,9 milyon manat (15,75% çox), o cümlədən nizamnamə kapitalı 0,8 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları