SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Yeni Azərbaycan Partiyası xalis mənfəətini 90%-ə yaxın artırıb

Yeni Azərbaycan Partiyası xalis mənfəətini 90%-ə yaxın artırıb

  • 27 avqust 2026, 10:13

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2025-ci ili 19,4 milyon manat mənfəətlə başa vurub.

Yurd.Media Partiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 89,6% çoxdur.

Bu ilin əvvəlinə YAP-ın aktivləri ötən ilin əvvəlinə nisbətən 55,6% çox – 113,4 milyon manat təşkil edib.

Partiyanın öhdəlikləri 2,1 milyon manat (24 dəfə çox), balans kapitalı isə 111,2 milyon manat (52,9% çox) olub.

Xatırladaq ki, YAP-ı 1992-ci ildə ümummilli lider Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 750 min üzvü olduğunu bəyan edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları