SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Assist Finance İnvestisiya Şirkəti” I yarımili zərərlə başa vurub

“Assist Finance İnvestisiya Şirkəti” I yarımili zərərlə başa vurub

  • 27 avqust 2026, 22:11

“Assist Finance İnvestisiya Şirkəti” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Maliyyə qurumu yanvar-iyun aylarında 33 min manat zərər edib (ötən ilin eyni dövrünü 0,4 milyon manat xalis mənfəətlə başa vurmuşdu). 

Bu il iyulun əvvəlinə “Assist Finance”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 20,1% çox – 2 milyon manat təşkil edib. İnvestisiya şirkətinin öhdəlikləri 0,8 milyon manat (4,3 dəfə çox), balans kapitalı isə 1,2 milyon manat (10,05% az), o cümlədən nizamnamə kapitalı 0,4 milyon manat (dəyişməyib) olub. 

Skat.az - Ev və Avtomobil elanları