SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Cahangir Əsgərovun bankının mənfəəti azalıb

Cahangir Əsgərovun bankının mənfəəti azalıb

  • 14 oktyabr 2025, 20:37

"Premium Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 9,1 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% azdır.

Bu il oktyabrın əvvəlinə "Premium Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 1,3% çox - 659,6 milyon manat, o cümlədən kredit portfeli 2,2% çox - 468,8 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 462,9 milyon manat (2,1% az), o cümlədən depozit portfeli 378,35 milyon manat (1,3% çox), balans kapitalı isə 196,7 milyon manat (10,6% çox), o cümlədən nizamnamə kapitalı 174,6 milyon manat (12,9% çox) olub.

“Premium Bank"ın əsas səhmdarı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərovdur.

Prime Leasing