"İDK Bank Olmayan Kredit Təşkilatı" MMC-nin nizamnamə kapitalı artırıldı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-un nizamnamə kapitalı 12% və ya 96 min manat artırılaraq 898 min manata çatdırıldı.
Qeyd edək ki, martın əvvəlində şirkət nizamnamə kapitalını 55 min manat artıraraq 802 min manata çatdırmışdı.
Qeyd edək ki, "İDK Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ildə Əsgərov Əliyar Əsgər oğlu tərəfindən təsis edilib. Ə.Əsgərov həmçinin Müşahidə Şurasına sədrlik edir. Hazırda rəhbər vəzifəsini isə Fatimə Nuri icra edir.
"İDK" ötən il 0,5 milyo manat zərər edib ki, bu d, əvvəlki illə müqayisədə 6,7% çoxdur.