“Kapital Bank” ASC-yə məxsus "Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,2 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 48,5% azdır.
Bu ilin əvvəlinə "Bir Kredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 24,7% çox - 108,7 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 10,3 milyon manat (kəskin artım), balans kapitalı isə 98,5 milyon manat (13% çox), o cümlədən nizamnamə kapitalı 99,8 milyon manat (13% çox) olub.