SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Bank of Baku”nun xalis mənfəəti “aşıb-daşır”

“Bank of Baku”nun xalis mənfəəti “aşıb-daşır”

  • 15 oktyabr 2025, 12:21

"Bank of Baku" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank 9 ayda 24 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur.

Bu il oktyabrın əvvəlinə "Bank of Baku"nun aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 21,5% çox - 1 117,6 milyon manat, o cümlədən kredit portfeli 17,4% çox - 811,35 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 948,7 milyon manat (23,2% çox), o cümlədən depozit portfeli 698,6 milyon manat (22,3% çox), balans kapitalı isə 168,9 milyon manat (12,8% çox), o cümlədən nizamnamə kapitalı 52,9 milyon manat (dəyişməyib) olub.

Prime Leasing