SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bakıdakı İran bankının xalis mənfəəti 43%-ə yaxın azalıb

Bakıdakı İran bankının xalis mənfəəti 43%-ə yaxın azalıb

  • 16 yanvar 2026, 16:03

İran Milli Bankının Bakı filialı 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, filial ötən il 4,4 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 42,8% azdır.

Bu ilin əvvəlinə İran bankının aktivləri ötən ilin əvvəlinə nisbətən 1% çox - 120,3 milyon manat, o cümıədən xalis kredit portfeli 54,3% çox – 2,3 milyon manat təşkil edib.

Bakı filialının öhdəlikləri 66,9 milyon manat (4,6% az), o cümlədən depozit portfeli 37,1 milyon manat (4,2% çox), balans kapitalı isə 53,4 milyon manat (9% çox), o cümlədən nizamnamə kapitalı 73,6 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları